Baş Prokurorluq İyulun 3-də Gəncə şəhərində baş verən cinayət hadisəsində şübhəli şəxs qismində təqsirləndirilən Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
Mynews.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, bəzi internet informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.
Belə ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə vermiş, onun müdafiə və sair hüquqları tam təmin olunmuş, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansısa şikayət və müraciətləri daxil olmamışdır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub