Avtomobilinin arxasına gizli radar quraşdıran DYP işçisi sürücüləri "tor"a salır.
Səbail rayonu, Bayıl qəsəbəsində DYP avtomobili sürücülər üçün gizli radar quraşdırıb.
Mynews.az xəbər verir ki, bu barədə azxeber.com-a Tural Qoca adlı sürücü məlumat verib. O, hər gün "Azneft" dairəsindən Bayıl istiqamətinə gedən yolda DYP avtomobilinin yolun sağında dayandığını yazıb. İddiaya görə avtomobilinin yük hissəsini açıb yolun sağında dayanan DYP avtomobili burada gizli radar quraşdırıb. Nəticədə həmin ərazidə sürət həddini aşan sürücülərə cərimələr gəlib.
Qeyd edək ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulmalıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub