ARB TV-nin "Rezonans” verilişi Rasim Rzayevin həbsxana hekayələrini təqdim edir.
Rasim Rzayev (cəzası 3 il, ümumi 7 il): "Musiqiçiyəm. Kəndlərdə toylara gedirdim. 20 yaşımdan bu sənətdəyəm. Azərbaycanda tanınmış müğənnilərlə işləmişəm. Anlaşılmazlıq üstündən tutuldum. 3 il həbs edildim. Daha sonra restoranların birində muğam ifa edərkən ifam bir nəfərin xoşuna gəldi. Bir neçə ifadan sonra masaya dəvət etdi və söhbətləşdik. Sonra axşam bu məni evinə qonaq apardı. Sonra siqaret və içki almaq lazım olanda maşının açarını mənə verdi. Yaxınlıqdakı dükandan alıb qayıdanda maşının arxa hissəsini vurdum. Səhər ayılanda boynundan atdı və məni şikayət etdi. Bir neçə dəfə razılaşdıq, pulu ödədim. Polis də bildi durumu. Məhkəmə də buraxdı. Üstündən 10 ay keçdikdən sonra yenə məhkəməyə çağırdılar və həbs olundum. 2008-ci ildə ilk dəfə tutulanda ailəm dağıldı. İçki aludəçisi olduğum üçün ailəm dağıldı. Yanıma heç kim gəlib-getmir. Qardaşımı, anamı, uşaqlarımı, yoldaşımı çox üzdüm. Onların mənə etdiyi köməkliklərə qiymət vermədim. Elədiklərim üçün çox peşmanam. Deyilənlərə fikir verməmişəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub