Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Mynews.az -a verilən məlumata görə, “Scania” markalı həmin avtomobilə baxış zamanı bir ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və iki ədəd plastik qabda, cəmi 160 ml həcmində metadon məhlulu aşkar olunub.
Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub