Bakıda metal qəbulu məntəqəsində işləyən 20 yaşlı gənc iş yoldaşı tərəfindən qətlə yetirilib.
Hadisə Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu işlədiyi metla qəbulu sexində iş yoldaşıyla arasında mübahisə düşüb. Nəticədə adı hələlik məlum olmayan iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.
Mərhumun yaxınlarının sözlərinə görə, Q.Hüseynov 2 aydan çoxdur ki, həmin sexdə işləyib. İki həftə bundan qabaq iş yerində mübahisə düşdüyü üçün işdən çıxaraq evə gəlib. Daha sonra oranın müdiri Tərlan adlı şəxs Qafar Hüseynova zəng vuraraq, işə gəlməyini istəyib. Yenidən Bakıya iş yerinə qayıdan Qafar ölümündən təxminən 2 saat öncə əmisi oğlu ilə danşıb və hər şeyin yaxşı olduğunu söyləyib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. (Report)
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub