Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olan Məhəmməd Quliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçayın Qarayazı kənd sakini 1956-cı il təvəllüdlü Eyvazov Sədiyar Bulud oğlunu vurub. Sədiyar Eyvazov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub