İyulun 24-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.
DİN-dən Mynews.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil həmin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Yevlax rayon sakini Sərxan Əliyev olduğu müəyyən edilib. Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub