Tanımadığı qadının çantasını xilas etməyə çalışan suda boğulan Nəzir Maksimovun meyiti Azərbaycana gətirilib.
Mynews.az xəbər verir ki, ötən istirahət günlərində gənc “Priçal” kafesində işləyən dostunun yanına gəlib.
Elə bu vaxt kafedə üç gənc – iki qız və bir oğlan - istirahətdə olublar. Sifariş verdikdən sonra müştərilər eyvana çıxıblar. Bir neçə saniyədən sonra isə küçədən yardım fəryadı eşidilib.
“Çantamı xilas edin, orda sənədlər var, hər şey ordadı!” – qızlardan biri yalvarırdı.
Bir nəfər soyuq suya daxil olsa da, çayın ortasına çatandan sonra geri dönüb. Şahidlərin sözlərinə görə, qız ətrafdakılara yalvarmaqda davam edib. Uzun müddət üzgüçülüklə məşğul olan Nəzir bu xahişlərə rədd cavabı verə bilməyib.
Nəzirin dostu Samir yerli mətbuata baş verənlər haqqında belə deyib:
“Nəzir əla fiziki formada idi, həmişə idmanla məşğul olurdu və qüvvəsinə əmin idi. Əlbəttə ki, o, qıza yardım etmək istədi.
Futbolkasını çıxararaq çaya baş vurdu. Çantaya çatıb onu başı üzərinə qaldırdı. Ətrafdakılar və qız alqışlamağa başladılar. Amma 5 saniyə sonra Nəzir suyun altında itdi.
Onu əvvəlcə kişilər axtardı. Suya baş vururdular. Amma nəticəsiz. Sonra xilasedicilər gəldilər. Onlar artıq meyiti çıxardılar”.
FHN-də bildiriblər ki, cəsədi 2,5 metr dərinlikdə, sahildən 25 metr kənarda aşkarlayıblar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, soyuqdan qıcolma baş verib, buna görə də üzgüçü sahilə qayıda bilməyib.
Çantaya gəlincə isə, onu tapıblar və sahibəsinə qaytarıblar. Şahidlərin sözlərinə görə, o, çantanı götürüb və heç bir söz söyləmədən çıxıb gedib...
22 yaşlı azərbaycanlı bu gün günorta saatlarında Bakıda dəfn edilib.
O, 6 ay əvvəl işləmək üçün Azərbaycandan Peterburqa köçüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub