Bakının Yasamal rayonunda qızını öldürən ata Yasamal rayon Məhkəməsində ifadə verib.
Mynews.az xəbər verir ki, 57 yaşlı İlqar Qurbanov ifadəsi zamanı qızı Aysel Məmmədlini namus üstündə öldürdüyünü etiraf edib:
"Ayselin paytaxtda yüngül həyat tərzi keçirməsi, əxlaqsızlıq etməsi barədə kənddə söz-söhbət dolaşırdı. Bakıya gəldim və metronun "20 Yanvar” stansiyasının yaxınlığında onunla görüşdüm. Ondan kənddə gəzən söz-söhbəti soruşanda deyilənləri inkar etdi.
Daha sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Ayselin bu sözünə görə hirsləndim və üstümdə olan bıçaqla əvvəlcə boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirdim”.
Qeyd edək ki, iyulun 24-də Yasamal rayonunda ata 27 yaşlı qızı Aysel Məmmədlini qısqanclıq zəminində qətlə yetirib.
İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub