Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Mynews.az-a verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində İran İslam Respublikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal istiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqamətində saxlanılıb.
Saxlanılmış qayığa və qayıqda olan İran vətəndaşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Behrac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub