Ötən illə müqayisədə hərbi cinayətlərin sayı azalıb.
Mynews.az-ın məlumatına görə, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində bildirib.
Hərbi prokuror deyib ki, 2017-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusilə ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4 dəfə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər 28,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası əleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 24,5 faiz azalıb. Azalma fərarilik cinayətlərində 50 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz təşkil edib.
Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı azalıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub