Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Nihat Muradovun (2000-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, bu yanvarın 8-də Abşeron RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində, Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın (1951-ci il təv.) üzərində kəsilmiş-dəşilmiş xəsarətləri olan meyitini aşkar ediblər.
Yaşayış sahəsinə baxış zamanı, evdən qızıl əşyaların oğurlanması da müəyyənləşdirilib.
Həmin gün keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. Məlum olub ki, N. Muradov mərhumun nəvəsidir.
İstintaqın gedişatında cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.
İş üzrə baxış avqustun 9-na təyin olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub