Dövlət ittihamçısı kriminal aləmdə “Krıtı Araz” kimi tanınan Araz Fərəcov,Elməddin Şahbazov, Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev, Eltən Əliyev və Xəyyam Qurbanlının CM-nin 177-ci (oğurluq), 181-ci (quldurluq) və digər maddələrlə barələrində olan hökmdən apellyasiya protesti verib.
Mynews.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Araz Fərəcov və Elməddin Şahbazov 2016-cı ilin dekabr ayından əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə birgə mütəşəkkil dəstə təşkil ediblər.
İttiham aktına əsaən, “Krıtı Araz” dəstə üzvlərinə həbsxanadan göstərişlər verib. Dəstə üzvləri paytaxtda və regionlarda oğurluq və quldurluq cinayətləri törədiblər. 2017-ci aprelin 14-də DTX əməkdaşlarının əməliyyat tədbiri zamanı Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev saxlanılıb. Onlar dindirilərkən Araz Fərəcov tərəfindən idarə olunduqlarını bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov və Elməddin Şahbazov 10 il, Vüqar Musayev və Renat Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Namiq Babayevə 1 il 2 ay cəza verilib, o, həmin müddəti istintaq və məhkəmə mərhələsində çəkdiyindən azadlığa buraxılıb.
Hökmdən apellyasiya protesti verən prokuror məhkumların cəzalarının ağırlaşdırılmasını xahiş edir.
Bakı Apellyasiya Məhkəməsində yaxın günlərdə iş üzrə hazırlıq iclasının keçiriləcəyi tarix məlum olacaq.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub