Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elvin İsmayılovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Mynews.az-ın məlumatına görə, ittiham aktına əsasən, Elvin İsmayılov tanış qadından 10 min manat pul tələb edib, pul verməyəcəyi təqdirdə isə onun intim şəkillərini sosial şəbəkələrdə yayacağını bildirib.
Bununla əlaqədar zərərçəkmiş polisə müraciət edib, keçirilmiş əməliyyat tədbiri nəticəsində E.İsmayılov saxlanılıb.
Məhkəmə prosesində dövlət ittiham aktını elan edib. Bundan sonra təqsirləndirilən E.İsmayılov ifadə verib.
Məhkəmə prosesi davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub