İmişlidə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Mynews.az xəbər verir ki, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.
Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər. Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu hadisə yerində ölüb.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub