Tanınmış aparıcı Lalə Əlimuxtarovanın ailəsində qanlı hadisə baş verib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, aparıcının 18 yaşlı əmisi nəvəsi Heydərov Ayxan Anar oğlu 24 yaşlı Mirzəyev Baba İsmayıl oğlu tərəfindən bıçaqlanıb.
Boğazından bıçaqlanan Ayxan 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Reanimasiyada olan zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Baba isə qaçmağa çalışsa da, Gürcüstan sərhədində polislər tərəfindən saxlanılıb. B.Mirzəyevin əvvəllər də həbs olduğu vurğulanır.
Qeyd edək ki, Yasamalda baş verən insident qız üstündə olub. Belə ki, A.Heydərov B.Mirzəyevin xalası qızını sevirmiş. Bunu bilən Baba Ayxandan xalası qızından uzaq durmasını istəyib. Sözləri düz gəlməyən gənclər mübahisə edib və Mirzəyev özü ilə gətirdiyi bıçaqla Heydərova xəsarət yetirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub