"Gəncə hadisələri ilə bağlı 61 nəfər həbs olunub, 4 nəfər məhv edilib"
"Bu il iyulun əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxları məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib".
Mynews.az-n xəbərinə görə, bunu Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib.
O deyib ki, radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bugünkü vaxtadək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərən 4 nəfər xüsusi xidmət orqaları tərəfindən zərərsizləşdirilərək məhv edilib, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.
Hadisə
- Dönərdən daha bir kütləvi zəhərlənmə - 18 nəfər xəstəxanalıq oldu
- Azərbaycanda daha bir zəlzələ oldu
- Elnur Rufullayev vəfat etdi – FOTO
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1138 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 1134 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 1100 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 1001 dəfə oxunub
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi 983 dəfə oxunub