Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb.
FHN-dən Mynews.az-a verilən məlumata görə, hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub