İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən Mynews.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini Şamil Səfərovsaxlanılıb.
Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın ümumilikdə 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə kolları, eləcə də, kustar üsulla hazırlanmış 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub