Misirin paytaxtı Qahirədə qardaşı vəfat edən adam xəstəxananı qardaşının gözlərini oğurlamaqda ittiham edib.
Mynews.az xəbər verir ki, Abduttavvab adlı misirli Əl-qəsr Əl-ayni Xəstəxanasının morquna gedərək ölmüş qardaşının nəşini amlaq istəyib.
Ancaq o, qardaşının gözlərinin çıxarıldığını görüb.
“Xəstəxana idarəçiliyi qardaşımın ölümünü səhər saatlarında xəbər verdi. Morqa girəndə gördüm ki, qardaşımın gözləri çıxarılıb və onun göz boşluqlarından qan axıb”, - Abduttavvab ifadəsində bildirib.
O bildirib ki, hadisənin necə olması barədə xəstəxana işçilərinin heç bir məlumatı yoxdur və ona verilən ölüm kağızında da bu barədə bir şey yazılmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub