Qobustan rayonunda gəlin həyat yoldaşı və qayınanasına xəsarət yetirib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.
Həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A. Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən bir neçə saat sonra S.İbrahimova balta ilə ət doğrayarkən qayınanası Tahirə Əkbərova ilə mübahisə edib. Nəticədə gəlin əlindəki balta ilə qayınanasının baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127. 1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub