Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, iyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış 2 nəfərdən biri, 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmayıb.
FHN-dən Mynews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, qayıq Xaçmaz rayonu yaxınlığında küləyin təsirindən çevirilib. Qayıqda olan 1976-cı il təvəllüdlü Fərəcullayev Zaur Orucəli oğlu iyulun 28-də gecə saatlarında Xəzər dənizinin Rusiyaya mənsub hissəsində "Rəsul Həmzətov" gəmisi tərəfindən aşkar edilərək gəmi heyəti tərəfindən göyərtəyə qaldırılıb. İyulun 29-da xilas olunan şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə təhvil verilib.
Bu gün səhər saatlarında Ziyəddin Əhmədovun axtarışlarına başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Aviasiya dəstəsinin "Mi-17" helikopteri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub