Gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümü ilə bağlı qeyri-rəsmi iddia yayılıb.
Mynews.az xəbər verir ki,adının açıqlanmasını istəməyən sənətçinin Axar.az-a verdiyi məlumata görə, hadisə bu gün səhərüzü, saat 05 radələrində, Bərdə istiqamətindəki şosedə baş verib.
"Bizim aldığımız məlumata görə, Miryusifdə 17 bıçaq zərbəsi aşkarlanıb. Novruz Hüseynov isə ümumiyyətlə yoxdur, harada olduğu bilinmir”, - deyə mənbə bildirib.
İlkin ehtimala görə, bu, qəza yox, qətldir.
Miryusif Mirizadənin məşhur xanəndə, əməkdar artist Səbuhi İbayevin yaxın qohumu olduğu da qeyd edilib.
Faktı dəqiqləşdirməyə çalışırıq…
Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşdüyü və hər ikisinin dünyasını dəyişdiyi barədə Milli.az məlumat yayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub