Rusiya millisinin futbolçusu Fyodor Smolov xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Krasnodar” klubunda çıxış edən hücumçunun sahibi olduğu “BMW M5 First Edition” qəzaya uğrayıb.
Dəyəri 9 milyon rubldan (təxminən 245 min manat) az olmayan bu avtomobil ötən gecə yüksək sürətlə hərəkət edərək yoldan çıxıb. İki küçənin kəsişməsində baş verən hadisə zamanı Smolovun maşını yol kənarındakı maneənin bir neçə metrini dağıdıb. Nəticədə avtomobil aşıb.
Hadisədən zərərçəkən olmayıb. Şahidlər hətta sükan arxasında olan futbolçunun özü maşından çıxaraq qəza yerindən uzaqlaşdığını bildirib. Dünyada 400-ə yaxın, Rusiyada təxminən 20 “BMW M5 First Edition” var ki, Krasnodarda da bu markalı avtomobil yalnız Smolovdadı. Bu ilin yazında alınan maşını neçə aydı Fyodor deyil, onun sevgilisi idarə edirdi. Amma bu dəfə sükan arxasında futbolçunun özü olub.
Qeyd edək ki, Smolov daha bir maşına - 30 milyon rubl (816 min manat) dəyərində olan “Lamborghini Aventador”a malikdi.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub