Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 30-u və 31-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 57 əcnəbi saxlanılıb.
DMX-dən Mynews.az-a bildirilib ki, onlardan 15-i Hindistan, 15-i Türkmənistan, 9-u Gürcüstan, 4-ü Rusiya, 3-ü Türkiyə, 2-si Pakistan, 2-si Nepal, 2-si Qazaxıstan, 1-i Misir, 1-i İraq, 1-i Polşa, 1-i İtaliya vətəndaşı, 1-i isə Avstriya Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsdir.
Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları (səyyar ticarət), digər 47 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilərdən 41 nəfər barəsində qərarlar qəbul edilib, 14 nəfər Hindistan və 2 nəfər Nepal vətəndaşının Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub