Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Dairəvi 1 avtomobil yolunun 0-10-cu kilometrində, yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Təmir işləri bu gün axşamadək aparılacaq.
Bu barədə Mynews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Bundan başqa, avqustun 2-də, saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri görüləcək. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub