Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Mynews.az-ın Report-a istinadən xəbərinə görə, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.
26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.
Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub