Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bunu Mynews.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, hadisə dünən Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolunda qeydə alınıb:
“MAN markalı, “90JK-960” dövlət qeydiyyat nişanlı zibildaşıyan maşın, “Mitsubishi” markalı, “90-TT-928” dövlət qeydiyyat nişanlı və “Volkswagen” markalı, “90-LF-821” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib”.
Rüfət Quliyev qeyd edib ki, hadisə nəticəsində dörd nəfər müxtəlif bədən xəsarəti alıb:
“Faktla bağlı hazırda araşdırma aparılır”.
Qeyd edək ki, maşınlardan biri yararsız hala düşüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub