Ali Məhkəmədə Bakı şəhər sakini Samir Məmmədovun CM-nin 149.2.1-ci (zorlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmasına dair kassasiya şikayətinə baxılıb.
Mynews.az-ın məlumatına görə, 2016-cı il sentyabrın 2-də, Samir Məmmədov tanışları Əşrəf və Eldarla birlikdə Nizami rayonunda yaşayan, rus əsilli yaşlı qadının evinə santexnika işləri görmək üçün yollanıblar.
Su kranını və qızdırıcısını təmir edəndən sonra qadının mənzilində spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan Samir qadının yataq otağına keçərək ona güc tətbiq edib, əvvəl Əşrəf, sonra isə özü onu zorlayıb.
Zərərçəkmiş DİN-n 102 Zəng Mərkəzi Xidmətinə zəng etmək istədikdə Məmmədov mobil telefonu əlindən alıb və batareyasını çıxarıb. Sonra qadını döyərək, təkrar onunla cinsi əlaqədə olublar.
Bir neçə gündən sonra daxil olan şikayət əsasında Samir Məmmədov Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, cinayətin digər iştirakçıları ölkədən qaçdığı üçün barələrində axtarış elan edilib.
Məhkəmə prosesində S.Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib, zərərçəkmiş isə ondan və digər cinayətkarlardan şikayətçi olduğunu qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onun şikayətini təmin etməyib. Bu qərardan da narazı qalan Samir Məmmədov kassasiya şikayəti verib.
Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub