Nazirlər Kabineti Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.
Mynews.az Report-a istinadla xəbər verir ki, bu barədə qərarı baş nazirNovruz Məmmədov imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.
Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub