Avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsi ərazisində yerləşən fermada, orada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən 2 dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, nəticədə S.Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Həmşəyevanın vəziyyəti ağırdır.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "МЦ-2112” markalı tüfəng götürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub