Son aylar Bakıda artan ərəb turistlərin şəhərimiz haqqında təəssüratları müxtəlif xarici saytların forumlarında müzakirə edilir.
Bu cür saytlarda paytaxt Bakının görməli və gəzməli yerləri haqqında yazan turistlər şəhərimizdəki eskort xidmətlərindən də bir xeyli razılıq edirlər. Maraqlı olan məqam isə bu insan alverinin böyük hissəsinin paytaxt Bakının mərkəzi küçəsi olan - Nizami küçəsində olmasıdır.
Bəs ərəb turistlər ən çox eskort qızlarla harada tanış olurlar?
Mynews.az xəbər verir ki, azxeber.com bu sualla bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, bəzi zəngin ərəb turistlər qaldıqları otellərin əməkdaşlarına müraciət edərək özlərinə eskort qızlar çağıra bilirlər. Onların bəziləri isə Bakıya gəlmədən öncə artıq yerli qızlarla tanış olmaq imkanına sahib olurlar. Belə ki, hazırda dünya üzrə reytinqli eskort saytlarında paytaxt Bakıda yaşayan və xüsusilə də ərəb kişilərlə görüşmək istədiyini elan edən kifayət qədər xanımlara rast gəlmək mümkündür.
Bu saytlarda isə qiymətlər kifayət qədər yüksək qoyulur. Taksi pulu ayrıca alınmaqla bir neçə saatlıq intim xidmətin 200 dollardan başladığı qeyd edilib.
Araşdırma nəticəsində internet üzərindən Bakıda iki məşhur eskort şirkətinin olduğu məlum olub. Mərkəzi Rusiyada yerləşən və Kiyev, Tiflis kimi şəhərlərdə eskort xidməti həyata keçirən "Vodka Eskord"un Bakı nümayəndiliyinə olan tələb heç də digər şəhərlərdən geri qalmırmış. Bu xidmətdə qızlar öz şəkillərini və adlarını yerləşdirməsələr də, müştərilər Whatsapp və ya Viber vasitəsi ilə şirkətlə əlaqə saxlayıb istədikləri kimi xanımlar sifariş edə bilirlər. Mərkəz ümumi sistem vasitəsi ilə Bakıda olan əməkdaşlarına məlumat ötürüb onları yönləndirir.
Şirkətin təklif etdiyi xidmətlər yarım saat üçün 100 dollar, bir saat üçün 200 dollar, 4 saat üçün 600 dollar, 24 saat üçün isə 1000 dollardır. Ödənişin isə "cash" (nağd) formada alınacağı öncədən bildirilir.
Digər məşhur eskort agentliyi isə "Baku Eskort Aziza"dır. Bu şirkət isə digərindən fərqli olaraq əlaqə nömrəsi yerləşdirməyib. Belə ki, müştəri xidmətdən istifadə etmək istəyirsə istədiyi yaşda qızı seçdikdən sonra qeydiyyatdan keçməlidir. Bundan sonra şirkətin əməkdaşı onunla maksimum 2 saat sonra əlaqə saxlayaraq ünvanı istəyir. Müştəri əgər bir xanım sifariş edirsə, xidmət ünvana 2 xanım göndərir. Xidmətdən istifadə edən şəxs bu zaman birini seçir və ikinci qız müştəridən pulu alaraq digərinin işinin bitməsini gözləyir. Həm də bu müştərinin seçim imkanını genişləndirmək üçün edilir.
Araşdırma nəticəsində eskort agentlikləri ilə deyil fərdi şəkildə turistlərlə tanış olmaq istəyən xanımların da olduğu məlum olub. Onlar isə əsasən ərəb dilində fəaliyyət gösətərən tanışlıq saytlarına üstünlük verirlər. Bu cür saytlarda isə onlar öz şəkillərini yerləşdirərək WhatsApp vasitəsi ilə ünsiyyət qura biləcəklərini qeyd ediblər.
Onlar arasından bəzilərinin fotolarını sizlərə təqdim edirik: