Lənkəranda polis əməkdaşı rayon sakinini boğulmaqdan xilas edib.
Mynews.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatlara görə, hadisə Lənkəran rayonun Ürgə kəndində baş verib.
Ürgə kəndinin sakini Ramil Mirzəyev Veravul çayının kənarında olarkən ayağı büdrəyərək çaya yıxılıb. Ətrafdakıların cəhdlərinə baxmayaraq həmin şəxsi çaydan çıxarmaq mümkün olmayıb.
Bu vaxt ərazidə xidmət aparan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin polis nəfəri, polis kiçik serjantı Taleh Fərzili kənd camaatının səsini eşidərək həmin səmtə gələrək boğulmaqda olan Ramil Mirzəyevi yıxıldığı bataqlıqdan çıxarıb. Daha sonra ona süni nəfəs verib və ilkin tibbi yardım göstərərək hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub