Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Rəvan Fətəliyevin (1985-ci il təv.) CM-nin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan olunub.
Məlum olub ki, istintaqın gedişatında R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İş üzrə baxış ayın 10-na təyin edilib.
İttiham aktına əsasən, bu il aprelin 4-də Rəvan Fətəliyev Nəsimi rayonunda yerləşən “28 Mall” Ticarət Mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib.
Nizami RPİ 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fətəliyev tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub