Sumqayıt şəhərində 19 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Hadisə şəhərin 8-ci mikrorayon ərazisində baş verib.
Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü Nərmin Rauf qızı Əmirli yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qadının həyat yoldaşının bildirdiyinə görə, hadisə ehtiyyatsızlıqdan baş verib: "Həmin vaxt hamı evdə idi. Mən o biri otaqda idim, birdən digər otaqdan qışqırıq səsi eşitdim. dərhal otağa qaçdım gördüm ki, yoldaşım pəncərədən aşağı düşüb".
Onun sözlərinə görə, N.Əmirli şüşə silmək məqsədi ilə pəncərəyə çıxıb və müvazinətini itirərək yerə yıxılıb.
Qeyd edək ki, N.Əmirli 1 uşaq anasıdır.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. (Report)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub