İstanbul kuryer olaraq çalışan bir gənc evliliyinə razı olmayan atasını ürəyindən bıçaqlayıb.
Mynews.az xəbər verir ki, iddialara görə, Ozan 2 il öncə sosial mediada Zümrüd K. ilə tanış olub. İkili evlənmə qərarı alıb. Ozanın ailəsi bu evliliyə qarşı çıxıb. Gənc oğlan ailəsini dinləməyərək sevdiyi qız ilə evlənib.

Hadisə günü Ozan valideynlərinin yaşadığı evə gəlib. Atası ilə münaqişə etməyə başlayıb. Davanın böyüməsindən sonra Ozan atasını ürəyindən bıçaqlayıb. Araya girən anasının da çanaq nahiyyəsindən bıçaqlayan Ozan evdən çıxarkən qarşılaşdığı xalasını da baldırından yaralayıb. Yaralılar təcili xəstəxanaya çatdırılsalar da, atasının həyatını xilas etmək mümkün olmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub