İndoneziyanın Lombok adası rayonunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 131 nəfərə çatıb, 236 nəfər isə ciddi xəsarətlər alıb.
Mynews.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində on minlərlə bina dağılıb, 150 min yerli sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Agentliyinin nümayəndəsi brifinqdə çıxışı zamanı axtarış-xilasetmə işlərinin davam etdiyini, həlak olanların və yaralananların sayının arta biləcəyini deyib.
Xatırladaq ki, avqustun 5-də yerli vaxtla saat 11:45-də İndoneziyanın Lombok adası rayonunda 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri adanın şimal hissəsində yer səthindən 10,5 kilometr dərinlikdə yerləşib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub