Avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayondakı şadlıq saraylarının keçirilən toy məclisi zamanı qonaqlardan birinin azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mynews.az-a verilən məlumata görə, keçirilmiş axtarış tədbirləri nəticəsində qısa bir zamanda 4 yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib.
Uşağın valideynləri övladlarının bir saatdan az vaxtda tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba RPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub