Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Mynews.az "Report"a istinadən bildirir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.
Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub