Samuxda keçmiş universitet müəlliminin özünü yandırmasının təfərrüatları məlum olub.
Mynews.az xəbər verir ki, İnterpress.az-ın Samux rayon Təhsil Şöbəsindən əldə etdiyi məlumata görə, rayonun Qovlarsarı kənd sakini 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifovun ehtiyyatsızlıqdan həyətdə yandırılan ocağın üzərinə düşdüyü məlum olub.
Belə ki, 77 yaşlı müəllim yaşadığı evin həyətində küstar üsulla düzəldilmiş hovuzun suyunu qızdırmaq üçün odun parçalarından ibarət ocağı yandırıb. Amma alovun qəflətən güclənməsi H.Yusifovun yanması ilə nəticələnib.
O, yanğının çoxaldığını görüb özünü hovuzun içərisinə atıb. Bu zaman o, yanıqla birlikdə müxtəlif bədən xəsarətləri də alıb. Hadisə baş verən zaman onun spirtli içki qəbul etdiyi bildirilir.
H.Yusifovun köməyinə gələn qonşular tərəfindən o, dərhal Samux rayon 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan onun vəziyyətinin ağır olduğu bildirilib. Ona görə də, H.Yusifov yaxın saatlarda paytaxt Bakıya göndəriləcək.
Qeyd edək ki, H.Yusifov kənd təsərrüfatı üzrə elmlər namizədidir. O, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi olub. İki oğlu, iki qızı var. Həyat yoldaşı Gəncədə, övladları isə Rusiya Federasiyasında yaşadığından o, Qovlarsarı kəndindəki evində tək yaşayır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub