İndoneziyada təyyarə qəzasından yeganə sağ çıxan azyaşlı uşaq olub.
Mynews.az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə əlaqə avqustun 11-də İndoneziyanın Papua əyalətinin Oksibila hava limanına enişdən əvvəl itib.
Hava gəmisinin parçalarını bazar günü Papua-Yeni Qvineyada dağın ətəyindən tapıblar.
Qeyd olunur ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla, doqquz nəfər olub. Qəza nəticəsində 12 yaşlı oğlandan başqa hamı ölüb. Uşaq tapılarkən huşsuz vəziyyətdə olub.
Bildirilir ki, yaxınlıqdakı kəndlərin sakinləri əvvəlcə güclü uğultu, sonra isə partlayış səsi eşidiblər. Hazırda qəzanın səbəbləri araşdırılır.
Oxu.Az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub