Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.
Mynews.az “report”a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib.
Onlar aşağıdakılardır:
Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Aşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini
Aşurova Mətanət Ramiz qızı 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini
Aşurova Səidə Şahlar qızı 2003-cü il təvəllüdlü
Nəbiyeva Zinyət Ələddin qızı 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini
Mirzəliyeva Şəfa Elnur qızı 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini
Mirzəliyeva Şəfəq Təhməz qızı 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Əldə edilən ilkin məlumata görə qonaqlarda mədə pozuntusu ” Paytaxt "salatından istifadə olunandan sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub