Avqustun 10-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.
Bu barədə Mynews.az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Aparılan təhqiqat nəticəsində məlum olub ki, qətl Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədib.
O, hadisə yerinə Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə gəlib, qətldən sonra isə həmin maşını Şağan qəsəbəsi ərazisində atıb gedib.
Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.
Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılıb, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub