Rusiyanın Omsk vilayətinin sərhədçiləri əvvəllər bu ölkənin həbsxanasında yatmış, sonra Vətənə qayıtmış, lakin yenidən şimal qonşu istiqamətində səfər etmiş 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
Mynews.az xəbər verir ki, Əli Yaşar oğlu Salehzadə adlı azərbaycanlı 2009-cu ildə Saxalində vətəndaşlara hücum edib.
O, bu əməlinə görə səkkiz il həbsdə olub.
Sonradan Rusiya Ədliyyə Nazirliyli ağır cinayət törətmiş həmyerlimizin 2025-ci ilədək bu ölkəyə gəlməsinə qadağa qoyub və bu barədə yazılı bildiriş göndərib. Həbsdən azad olunan Salehzadə vətənə geri qayıdıb.
Azərbaycanda soyadını dəyişən həmyerlimiz yeni pasport alıb və 2018-ci ildə qeyri-qanuni olaraq, Rusiyaya geri dönüb.
Osmk vilayətinə gələn azərbaycanlı hüquq-mühafizə orqanlarının nəzarətinə düşüb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Omsk vilayəti üzrə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub