Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb.
Mynews.az BakuPost-a istinadən xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.
Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Şikayətçinin əslində, mənzili var. Digər mənzili ilə bağlı yaranmış problemin həlli isə komitənin səlahiyyətlərinə aid deyil. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın narazı qalmaması üçün lazım olan addımlar atılacaq”.
Hadisə araşdırılır. Ətraflı məlumat veriləcək.
Hadisə ilə bağlı Qaçqınkomun Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Qafqazinfo"ya açıqlama verib. O bildirib ki hazırda həmin şəxs xilas edilib: "Ona tibbi yardım göstərilir. Hansı səbəbdən bu addımı atdığı hələ ki, bizə məlum deyil. Bu haqda məlumat verəcəyik".

1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub