Samuxda ər arvadını qətlə yetirib.
Mynews.az-ın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildiirlir. Məlumata görə M. Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E. Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Cinayəti törədən Elvin Bayramov saxlanılıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi acılıb, araşdırma aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub