Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində iki nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.
DSX-dən Mynews.az-a verilən məlumata görə, sərhəd axtarışı əməliyyatı nəticəsində iki nəfər İran vətəndaşı, Maku şəhər sakinləri - 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əhməd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn saxlanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.
Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı, “99 MV 667” dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlüHəbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mirtağı Süleyman oğlu və İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar.
Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.
1
Azərbaycanda gecələr bu tarixədək UZANACAQ
549 dəfə oxunub
2
Bayraktar pilotsuz döyüş təyyarəsi dünyada ilkə imza atdı
539 dəfə oxunub
3
Azərbaycanlı aktyor Qazaxıstanda qəzaya düşdü
524 dəfə oxunub
4
Əli Kərimlini hansı cəza gözləyir?
486 dəfə oxunub
5
Pensiyaların hesablama qaydası dəyişdi - QƏRAR
484 dəfə oxunub