Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
DGK-dan Mynews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.
Daha sonra Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində və salonunda olan sellofan torbaların içərisində 3400 ədəd "King" markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub