Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankomatları yarıb pul oğurlamaqda təqsirləndirilən Xəyal Rüstəmov, Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mynews.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə X.Rüstəmov 9 il, O.Əhmədov 8 il, R.Ağayev 10 il, E.Zülfüqarov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, O.Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb.
Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb. Məlum olub ki, O.Əhmədova bankomatları yarmaqda R.Ağayev, X.Rüstəmov və E.Zülfüqarov kömək edib.
Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.
O.Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edib və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən X.Rüstəmov Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olub. O, hadisə ərəfəsində Binəqədi rayonuna ezam edilib və orada çalışırmış.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub