Avqustun 17-də metronun “Nəriman Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətirilib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyilbər.
Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub